Yazını böyüt
Yazını kiçilt
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.
İyulun 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 8 qumbara, 6 alışdırıcı, 6 tüfəng, 4 patron darağı və 294 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.